Gizli səs yazısı yayılan erməni məmurlarla bağlı istintaq başladı


Dünya 13 Sen 2018 19:16:00 285 0

Gizli səs yazısı yayılan erməni məmurlarla bağlı istintaq başladı

Ermənistanın İstintaq Komitəsi Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan və Xüsusi İstintaq Xidmətinin başçısı Sasun Xaçatryanın gizli səs yazısının yayılması ilə əlaqədar Baş Prokurorluqda açılan cinayət işini qəbul edərək istintaq prosesinə başlayıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, həmin səs yazısında Artur Vanetsyan və Sasun Xaçatryanın vəzifə səlahiyyətlərini aşdıqlarına dair açıq-aydın faktlar var. Bu səbəbdən də, Baş Prokurorluq Cinayət Məcəlləsinin 309-cu maddəsinin 1-ci bəndini əsas tutaraq Milli Təhlükəsizlik Xidməti və Xüsusi İstintaq Xidməti rəhbərlərinə qarşı cinayət işi açmaqla İstintaq Komitəsinə göndərib. Komitə də öz növbəsində işin icraatına başlayıb.