Deputat Elmira Axundovanın oğlunun adı keçən


Digərləri 13 Sen 2018 19:20:00 293 0

Deputat Elmira Axundovanın oğlunun adı keçən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Fərhad Həmidov ifadə verib.

O, təqsirləndirilən şəxslə qohum olduğunu, onunla bir yerdə çalışdığını bildirib: "Elnur katriç işi ilə məşğul olmayıb. Elnuru Fərman Məmmədovun evinə gətirmişəm. Fərman müəllimin özünə də pul vermişəm. Amma nə qədər olduğunu bilmirdim. Mən Elnurla çalışanda onun sürücüsü olmuşam. Ondan ayda 500 manat əmək haqqı alırdım".

Daha sonra digər şahid Xalid Qasımov dindirilib. O, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini söyləyib: "Elnur bizim ofisə mal satırdı. Ofisimizə Həbib Axundov da gəlib".

H.Axundov məhkəmədə X.Qasımovun ofisinə getdiyini təsdiqləyib: "Mən Xalidin ofisinə gedib, Elnurun ona 400 min manatlıq mal verib-vermədiyini soruşdum. Xalid də bunu təsdiqlədi".

Məhkəmənin növbəti iclası sentyabrın 20-nə təyin edilib.