Biləsuvarda ovçuluq təsərrüfatında 756 partlamamış hərbi sursat tapılıb (FOTO)


Digərləri 13 Sen 2018 19:15:00 260 0

Biləsuvarda ovçuluq təsərrüfatında 756 partlamamış hərbi sursat tapılıb (FOTO)

Partlamamış hərbi sursatın tapıldığı yerin ətrafında 8 400 kv.m əraziyə yerüstü və 400 kv.m əraziyə isə yeraltı baxış keçirilib.

Bakı. Biləsuvar rayonu, "Mahmudçala" ovçuluq təsərrüfatında son 13 gün ərzində 756 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkarlanıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, sentyabrın 1-də saat 09:32-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 09:50-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Biləsuvar rayonu, "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.