Şamaxıda vətəndaşı oğurlayıb döyərək


Digərləri 13 Sen 2018 19:08:00 298 0

Şamaxıda vətəndaşı oğurlayıb döyərək

Şamaxı şəhərində vətəndaşı döyərək ondan külli miqdarda pul tələb edən şəxs saxlanılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Şəhriyar qəsəbəsində baş verib.

Şamaxı rayonunda yaşayan Rusiya vətəndaşı Şahbazov Dünyamalı Şahmurad oğlu şəxsiyyəti məlum olmayan Əziz və Elçin adlı şəxlərlə birləşərək Şamaxı rayonunun Şəhriyar qəsəbəsi sakini Nübari Nazir Nübarəli oğlunun yaşadığı evin həyətinə gələrək ona zor tətbiq etməklə avtomobilə mindirib qəsəbədəki Bayraq Meydanı adlanan əraziyə gətiriblər. Həmin şəxslər orada N.Nübarini döyərək hədə-qorxu yolu ilə ondan 60 min manat tələb ediblər.