CinemaPlusda “Evdən qaçan pişik” cizgi filminin azərbaycan dilində nümayişi keçirilib


Digərləri 13 Sen 2018 18:52:00 499 0

CinemaPlusda “Evdən qaçan pişik” cizgi filminin azərbaycan dilində nümayişi keçirilib

"CinemaPlus 28 Mall" premium kinoteatrında 2018-ci ildə "Cinemazadeh" studiyasında azərbaycan dilinə peşəkar dublyaj olunmuş "Evdən qaçan pişik" animasiya filminin nümayişi baş tutub. Tədbirdə tək böyüklər deyil, həmçinin, uşaqlar da iştirak etmişdirlər.

Son.az xəbər verir ki, "Cinemazadeh" dublyaj studiyasının direktoru Cəfər Axundzadə filmdən öncə dublyaj prosesində iştirak edən aktyorlara və yaradıcı heyətə minnətdarlığını bildirib.

Animasiya filmini Əlixan Rəcəbov, İslam Mehrəliyev, Nəzakət Məmmədli, Vüsal Hacıqədir, Vüsal Xaliqoğlu, Rövşən Məmmədli, Elman Rəfiyev, Zemfira Əbdülsəmədova, Samirə Rəcəbli, Vüqar Hüseynov və Pərviz Məmmədrzayev dublyaj etmişdilər.

Dublyajın rejissoru Rövşən Məmmədli, redaktor Vüqar Hüseynov, səs rejissoru Orxan Ağalarov, səs operatoru Vüsal Əbdülhəsənov, post-prodakşn Rüfət Kərimzadə, icraci prodüser Emil Davudzadə, baş prodüser Cəfər Axundzadə.

Ailəvi cizgi filminin rejissoru Gari Vanqdır.