Bakıda mərkəzi parkların birində 3 kqa yaxın nərə kürüsü aşkarlanıb


Digərləri 13 Sen 2018 18:32:00 248 0

Bakıda mərkəzi parkların birində 3 kqa yaxın nərə kürüsü aşkarlanıb

Səbail rayonu ərazisində yerləşən parkda bir qrup şəxsdən 2,5 kiloqram nərə balığının kürüsü götürülüb.

DİN-dən Son.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə sentyabrın 12-də Səbail rayonunun Xəqani küçəsində yerləşən parkda Masallı rayon sakini Eynulla Ağayev, Bakı şəhər sakinləri Rüfət Ağayev və Tahir Məmmədovdan 2,5 kiloqram nərə balığının kürüsü götürülüb.