Sumqayıtda iki nəfəri öldürən sürücünün işi ekspertizaya göndərildi


Digərləri 13 Sen 2018 17:14:00 160 0

Sumqayıtda iki nəfəri öldürən sürücünün işi ekspertizaya göndərildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümündə təqsirləndirilən sürücü Şamil Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümündə təqsirləndirilən sürücü Şamil Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən mərhum Vüsal Quliyevin anası Rəfiqə Quliyeva bildirib ki, Ş.Həsənov hadisə zamanı avtomobili saatda 175 km-lə sürətlə idarə edib. Ş.Həsənov isə avtomobilini saatda 60 km-lə sürətlə idarə etdiyini deyib. Daha sonra məhkəmə cinayət işininin yenidən ekspertizaya göndərilməsi barədə qərar çıxarıb.