Məşhur türkiyəli modelə 9 ilədək həbs tələb olunur


Digərləri 13 Sen 2018 16:52:00 235 0

Məşhur türkiyəli modelə 9 ilədək həbs tələb olunur

Türkiyənin məşhur model və aktrisası Çağla Şikel uzun illər vergidən qaçmaqda günahlandırılır.

Son.az oxu.az-a istinadən xəbər verir ki, İstanbul Prokurorluğu tərəfindən "Əsas gəlirin gizlənilməsi və saxta qaimələrin hazırlanması" iddiası ilə Çağlaya 8 il 9 aya qədər həbs tələb olunur.

Model isə mühasibinin onu aldatdığını bildirib. Şikel mühasibindən şikayət ərizəsi yazıb.