Orxan Fikrətoğlu bu kanalda aparıcılıq edəcək


Digərləri 13 Sen 2018 16:44:00 233 0

Orxan Fikrətoğlu bu kanalda aparıcılıq edəcək

İctimai Televiziya və Radio Yayımları Şirkəti yeni mövsümdən etibarən daha bir sevilən sima ilə tamaşaçı görüşünə gəlir. 

Qurumun İctimaiyyətlə Əlaqələr Departamentindən Son.az-a verilən məlumata görə, məşhur publisist, teleaparıcı Orxan Fikrətoğlu "Halbuki" adlı yeni telelayihədə günün əsas xəbərini şərh edəcək.  

Bir sıra uğurlu layihələrin müəllifi olan Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlunu tamaşaçıları artıq İctimai Televiziya və Radio Yayımları Şirkətinin efirindən izləyə biləcəklər.