Azərbaycan İlahiyyat İnstitutunun prorektorları təyin edildi


Digərləri 13 Sen 2018 16:48:00 252 0

Azərbaycan İlahiyyat İnstitutunun prorektorları təyin edildi

2018-2019-cu tədris ilində yeni fəaliyyətə başlayan Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) mühüm vəzifələrlə bağlı ilk təyinatlar verilib.

Son.az bildirir ki, institutdan Trend-ə verilən məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının əmri ilə dosent Mübariz Camalov Aİİ-nin tədris işləri, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov isə elm və innovasiyalar üzrə prorektor vəzifəsinə təyin ediliblər.

Qeyd edək ki, M.Camalov 1976-cı ildə Cəbrayıl rayonunda anadan olub, Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsini bitirib. İlahiyyat üzrə fəlsəfə doktorudur. Bu təyinata qədər BDU-nun İslam elmləri kafedrasının müdiri vəzifəsində çalışıb. İslam hüququ sahəsində çox sayda tədqiqat əsərlərinin müəllifi olan dosent ingilis, ərəb və türk dillərini bilir.

A.Şirinov isə 1979-cu ildə Kəlbəcər rayonunda anadan olub, BDU-nun İlahiyyat fakültəsini bitirib, İlahiyyat üzrə fəlsəfə doktorudur. Yeni təyinata qədər BDU-nun İslam elmləri kafedrasının baş müəllimi vəzifəsində çalışıb. Fəlsəfə və İslam məzhəbləri tarixi sahəsində çox sayda kitab və məqalə müəllifi olan A.Şirinov ingilis, ərəb, türk və rus dillərini bilir.


Xəbərə aid fotolar