Metyu Brayza: Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini qaytarmaq istəmir


Digərləri 13 Sen 2018 16:01:00 240 0

Metyu Brayza: Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini qaytarmaq istəmir

Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini qaytarmaq istəmir.

Bakı. Ləman Zeynalova - Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini qaytarmaq istəmir. Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza deyib. M.Brayza hesab edir ki, Amerika Erməniləri Milli Komitəsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını istəmir: "Çünki bu, həmin təşkilatın donorlardan pul cəlb etmək imkanını azaldacaq". Diplomat bildirib ki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə 4 qətnaməsinin yerinə yetirilməsini təmin etməlidir. XİN: Ermənistanın Azərbaycana qarşı başladığı müharibə 27 ildir ki davam edir Qeyd edək ki, Ermənistan parlamenti "Şant-2018" komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana qarşı müharibə elan edilməsi haqqında qərar qəbul edib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin