QMİ sədri Qaraçay-Çərkəz Respublikasına səfərə gedir


Digərləri 13 Sen 2018 15:49:47 252 0

QMİ sədri Qaraçay-Çərkəz Respublikasına səfərə gedir

Səfərdə məqsəd Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinin ildönümünə həsr olunmuş təntənəli mərasimdə iştirak etməkdir.

Bakı. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının paytaxtı Çerkessk şəhərinə səfərə yola düşür. QMİ-dən Trend-ə verilən məlumata görə, səfərdə məqsəd Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinin ildönümünə həsr olunmuş təntənəli mərasimdə iştirak etməkdir. Yaradılmasının 20 illiyi tamam olan Mərkəzin təsisçisi Qafqaz Xalqları Ali Dini Şurasının təşkilatçılığı ilə Çerkessk şəhərində 15 sentyabr tarixində təntənəli toplantı keçiriləcəkdir. Qeyd edək ki, Mərkəz 1998-ci ildə A.Paşazadənin rəhbərlik etdiyi Qafqaz Xalqları Ali Dini Şurası (QXADŞ) tərəfindən təsis edilib. QXADŞ ilə Şimali Qafqaz müftiləri arasında əməkdaşlıq səviyyəsinin, koordinasiya işinin yüksəldilməsi məqsədinə xidmət edən Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinə Şimali Qafqazın bütün müftiləri daxildir və sədri Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyevdir.