Nazir: "350 azərbaycanlı tələbə IT ixtisasları üzrə dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil alır"


Digərləri 13 Sen 2018 13:22:41 236 0

Nazir: "350 azərbaycanlı tələbə IT ixtisasları üzrə dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil alır"

Hazırda dövlət xətti ilə 350 azərbaycanlı tələbə IT ixtisasları üzrə dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil alır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu 18-ci IFAC - TECIS beynəlxalq konfransında nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib.

Nazirin sözlərinə görə, ölkə universitetlərində ənənəvi və peşəkar tədrislə yanaşı, həmçinin mühəndislik, elektronika və robot texnikası, intellektual sistemlər, biliklərin idarə olunması və digər istiqamətlər üzrə bakalavr və magistr dərəcələrində kadrlar hazırlanır.