"Çudo Peçka"nın həbsdə olan sahibi apelyasiya şikayəti verdi


Digərləri 13 Sen 2018 12:46:00 199 0

"Çudo Peçka"nın həbsdə olan sahibi apelyasiya şikayəti verdi

“Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin həbsdə olan təsisçisi Çingiz Cəlilovun barəsindəki hökmdən apelyasiya şikayəti verilib.

Bakı. Samir Əli - “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin həbsdə olan təsisçisi Çingiz Cəlilovun barəsindəki hökmdən apelyasiya şikayəti verilib. Bu barədə Trend-ə Ç.Cəlilovun vəkili Janna Bağırova məlumat verib. Vəkil bildirib ki, müvəkkili barəsində çıxarılan hökmdən narazıdır və bəraət istəyir. Şikayət artıq Bakı Apelyasiya Məhkəməsinə təqdim edilib və işə yaxın günlərdə baxılacaq.