Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb


Digərləri 13 Sen 2018 12:25:00 243 0

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Sentyabrın 12-dən 13-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 113 cinayət faktı qeydə alınıb, onların da 27-İ "isti izlər"lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.