Bakı Beynəlxalq Dəniz Ticarət Limanı açıq müsabiqənin müddətini uzadıb


Digərləri 13 Sen 2018 12:08:41 213 0

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı açıq müsabiqənin müddətini uzadıb

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də Cəmiyyət ərazisində ümumi (məişət, istismar, təhlükəli tullantılar) tullantıların daşınması və zərərsizləşdirilməsinə dair xidmətlərin satınalınması ilə əlaqədar elan edilmiş açıq müsabiqənin müddəti uzadılıb.

Bakı. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də Cəmiyyət ərazisində ümumi (məişət, istismar, təhlükəli tullantılar) tullantıların daşınması və zərərsizləşdirilməsinə dair xidmətlərin satınalınması ilə əlaqədar elan edilmiş açıq müsabiqənin müddəti uzadılıb. Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri (açıq müsabiqə şərtləri) (qiymət təklifi istisna olmaqla) 20 sentyabr 2018-ci il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş ikiqat zərfdə 24 sentyabr 2018-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Zərflərin açılışı 25 sentyabr 2018-ci il saat 15.00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.