Tovuzda 42 yaşlı kişi ürəyindən bıçaqlandı


Digərləri 13 Sen 2018 11:35:00 232 0

Tovuzda 42 yaşlı kişi ürəyindən bıçaqlandı

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Alakol kəndində baş verib. Kənd sakini, 1976-cı il təvəllüdlü Məmmədov Azər Aqil oğlu kənd ərazisində naməlum şəraitdə döş qəfəsindən bıçaqlanıb.

Yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir.