PAŞA Bank kiçik və orta sahibkarlıq müştərilərinin biznes fəaliyyətinin maliyyələşdirilməsi üçün yeni xidmətlər paketini təqdim edir


Digərləri 13 Sen 2018 11:05:00 232 0

PAŞA Bank kiçik və orta sahibkarlıq müştərilərinin biznes fəaliyyətinin maliyyələşdirilməsi üçün yeni xidmətlər paketini təqdim edir

Azərbaycanın aparıcı korporativ bankı - PAŞA Bank kiçik və orta sahibkarlıq nümayəndələrinin B2B sahəsi üzrə təchizatlarının maliyyələşdirilməsi üçün yeni xidmətlər toplusunu təqdim edir.

Bakı. Azad Həsənli - Azərbaycanın aparıcı korporativ bankı - PAŞA Bank kiçik və orta sahibkarlıq nümayəndələrinin B2B sahəsi üzrə təchizatlarının maliyyələşdirilməsi üçün yeni xidmətlər toplusunu təqdim edir. Bu maliyyələşdirmə sxemi mal və xidmət təchizatı zəncirinin bütün iştirakçılarını birləşdirir, lazımi likvidliyin təmin edilməsi üçün maksimal bəhrələnmək imkanı verir. PAŞA Bankın Kiçik və orta sahibkarlıq üzrə bankçılıq departamentinin direktoru Aleksandr Qolovko Trend-ə müsahibəsində deyib ki, təchizat zəncirinin maliyyələşdirilməsi üzrə xidmətlər paketinin dövriyyə vəsaitinin artırılması üçün istifadə olunan ənənəvi kredit məhsullarından əsas fərqi ondan ibarətdir ki, sahibkar girov təmin etmədən nisbətən qısa müddət ərzində pul vəsaitinə çıxış əldə edir və bu məhsul üzrə faiz dərəcəsi digər növ kreditləşmələrin faiz dərəcəsindən orta hesabla 2-3% daha aşağıdır.