Yeni "iPhone" məhsulları Bakıya nə vaxt gətiriləcək?


Digərləri 13 Sen 2018 09:45:51 354 0

Yeni "iPhone" məhsulları Bakıya nə vaxt gətiriləcək?

Ötən gün Kaliforniyada Stiv Cobs teatrında "Apple" şirkətinin yeni məhsullarının təqdimat mərasimi keçirilib.

Son.az xəbər verir ki, bir müddət əvvəl dünyanın ən bahalı şirkəti seçilən "Apple" iPhone smartfonlarının 3 yeni modelini (Xs, Xs Max və X r) və iWatch 4s-i təqdim edib. Gözləniləndən fərqli olaraq iPhone nədənsə 9 modelini istehsal etməyib. Tim Kukun dediyinə görə modellər xs (ikses) deyil, (ten es) kimi tələffüz olunur.

Telefonların 3-ü də bir-birinə, üstəlik də ötənilki iPhone X modelinə bənzəyir. Smartfonlarda, sadəcə, cüzi dəyişikliklər edilib. Bu modellərdə "home button" adlanan düymə yoxdur. Bu modellər üçün maksimum yaddaş 512 gb-dır.

Yeni iPhone Xr adlanan büdcəli model çıxarılıb ki, funksionallığı çox, qiyməti isə, digərlərinə nisbətən ucuzdur. LCD ekranla təchiz olunub. Qırmızı, sarı, göy, qara və ağ rəngləri var. Bu, iPhone-nun 5c modelini xatırladır.

iPhone Xs və Xs Max modellərinin arxa tərəfində iki kamera var. Kameraların hər biri 12 meqapikseldir. Ön kamera isə 7 meqapikseldir. Xs modeli X-dən yarım saat, XS Max isə 1 saat çox enerji saxlaya bilir. Hər iki modelin ekranı OLED-dir.