İnsan sağlamlığı üçün faydalı qidalar


Digərləri 13 Sen 2018 08:55:00 259 0

İnsan sağlamlığı üçün faydalı qidalar

Mütəxəssislər insan sağlamlığı üçün faydalı olan qidaların adlarını açıqlayıblar

Mütəxəssislər insan sağlamlığı üçün yararlı olan bitkilərin siyahısını hazırlayıblar. Siyahıda 60-a yaxın bitki yer alıb.

Moruq C vitamini, kalsium, dəmir, folikasitlə zəngindir. Virus və bakteriyalardan qoruyur, xərçəng yaranma riskini azaldır.

Avokado Tərkibində doymamış yağ asidləri var. Ürək və qan dövranı üçün faydalıdır. Xərçəngdən qoruyur.

Kələm C vitamini, az miqdarda B vitamini, kalsiumli ağ və qırmızı kələm immuniteti gücləndirir, streslə savaşır.

Noxud Protein, maqneziumla boldur. Xolestrolu salır, bağırsaq xərçəngi riskini azaldır.

Brokoli Maqnezium, A və C vitamini ilə zəngindir. Xərçəngdən qoruyur, əzələləri gücləndirir.

Qoz-findıq B və E vitamini, dəmir var. Sakitləşdirir, yuxu gətirir və stresi azaldır.

Dana əti Ətdə dəmir, protein var. O, soyuqdəyməni, öskürək və qripə qarşı yaxşı vasitədir.

Dəniz məhsulları Tərkiblərində Omega3 yağ asidi olur. Xolestrolu tənzimləyir, infarkt riskini azaldır.

Pomidor Folikasitlə zəngin olan pomidor xərçəngin bəzi növlərindən qoruyur, hüceyrəmi yeniləyir.

Alma Dəmir, A-C vitamini mənbəyi olan alma immuniteti gücləndirir, infarkt riskini azaldır.

Alça Dəmir və B vitamini ilə boldur. Bədəndəki artıq suyun çıxarılmasına yol açır, enerji verir.

Buğda Buğda beyni və sinirləri bəsləyir, yaddaşı və zehni gücləndirir.

Lobya Dəmir, kalsium, B və C vitamini, protein tərkibli bu məhsul qan və hüceyrə yaranmasına kömək edir.

Quş üzümü Tərkibində C vitamini, kalsium var. Əsəb və immuniteti gücləndirir.

Qreyfurt Folikasit, C vitamini var. Qan təzyiqini azaldır, qan yaradır.

Yerkökü A vitamini var. Spermanı artırır, infeksiyalardan qoruyur.

İspanaq A vitamini, folikasit, maqnezium, E vitamini ilə zəngindir. Sinirləri gücləndirir. Xüsusilə hamilələrə tövsiyə edilir.

Qovun Maqnezium və kalsium tərkibli qovun bədəndə suyu tənzimləyir.

Qırmızı üzüm Yüksək təzyiqdən əziyyət çəkənlər üçün faydalıdır.