OnePlus 6Tin təqdimat tarixi açıqlandı


Digərləri 13 Sen 2018 08:59:00 275 0

OnePlus 6Tin təqdimat tarixi açıqlandı

OnePlus şirkəti rəsmi olaraq OnePlus 6T flaqman smartfonu ətrafında gəzən şayiələrə fikir bildirdi. Şirkət rəsmiləri OnePlus 6-nın təkmilləşdirilmiş versiyası barəsində bəzi məlumatları verdilər və onun təqdimat tarixinə işarə etdilər. "Biz öz smartfonlarımızı gün ərzində dəfələrlə blokdan çıxardırıq.

Son.az technote.az-a istinadən bildirir ki, ekrana inteqrasiya olunmuş barmaq izi skanı tenxologiyası isə bu prosesi etməkdə lazım olan addımları minimuma endirəcək. Bu funksiyanı Face Unlock kimi digər identifikasiya özəllikləıri arasına daxil edəcəyik. Beləliklə istifadəçi özünə rahat olan üsuldan istifadə edə biləcək" - deyə şirkət rəsmiləri bildiriblər. Onlar həmçinin qeyd ediblər ki, barmaq izi skanı texnologiyasının ekrana inteqrasiya olunması səbəbilə yeni smartfonun daxili komponentlərinin yerləri bir qədər dəyişib. Buna görə də OnePlus 6T modeli adi versiyadan 0.45 mm daha qalın olacaq. OnePlus 6T-nin 17 Oktyabr tarixində təqdim olunacağı güman edilir. Son.az