Tor mobilləşdi


Digərləri 13 Sen 2018 08:11:00 208 0

Tor mobilləşdi

"Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən mobil qurğular üçün populyar "Tor" anonim brauzerinin ilk rəsmi versiyası təqdim edilib. Əvvəllər "Tor" serverlərindən istifadə edən brauzerlərin mövcud olmasına baxmayaraq layihə müəllifləri tərəfindən proqram ilk dəfədir istifadəyə verilir.

Son.az ICTnews-a istinadən bildirir ki, "Tor Browser for Android" adlı proqramı artıq "Google Play" mağazasında və rəsmi "Tor Project" saytında "APK" (Android Package) formatlı fayllar şəklində yükləmək mümkündür. Hazırda proqram alfa test mərhələsindədir və "Orbot" "VPN" əlavəsi vasitəsilə işləyir.

Brauzerin "iOS" əməliyyat sistemi üçün versiyasının nə vaxt istifadəyə veriləcəyi barədə məlumat verilmir.

Qeyd edək ki, "Tor" şəbəkəsinin iş prinsipi internet resursundan istifadəçi kompüterinə dolaşıq marşrutun çəkilməsindən ibarətdir. Marşrut boyunca informasiya bir neçə retranslyatordan keçir. Bu halda hər retranslyatorda yalnız əvvəlki və sonrakı qovşağın ünvanı olur. Retranslyatorların heç birində marşrut haqqında informasiya yer almır və bununla məlumatı ələ keçirmək istəyən şəxs məlumatların ötürülməsinin çıxışını və sonuncu məntəqələrini izləyə bilmir.