Mütəxəssislər yuxunun optimal vaxtını müəyyən edib


Digərləri 13 Sen 2018 08:18:00 285 0

Mütəxəssislər yuxunun optimal vaxtını müəyyən edib

Avropa Kardiologiya cəmiyyətinin mütəxəssisləri sağlamlıq üçün optimal olan yuxu vaxtını müəyyən edib.

Son.az Trend-ə istinadən bildirir ki, araşdırma müəllifi doktor Epayminondas Fontas qeyd edib ki, yuxunun ürək-damar sisteminə təsiri barədə hazırda tibbdə az məlumat var.

Araşdırma nəticəsində alimlər yuxunun davamiyyəti ilə ürək-damar xəstəliklərinin yaranması arasında əlaqəni tədqiq edib. Daha əvvəl ürəklə bağlı problemi olmayan milyona yaxın yaşlı insanın məlumatları təhlil edilib. Müayinə edilmiş pasiyentlər üç qrupa bölünüb: birinci qrupda - sutkada 8 saatdan çox yatan, ikinci qrupda - 6 saatdan az yatan, üçüncü qrupda isə 6-8 saat arası yatanlar.

Araşdırma nəticəsində alimlər müəyyən edib ki, sutkada 6 saatdan az yuxu ürəyin işemik xəsətəliyi və insultun yaranması riskini 11% çoxaldır, 8 saatdan çox yuxu isə 33% artırır.