Futbol tarixində yeni rekord qeydə alınıb


Digərləri 13 Sen 2018 06:48:58 222 0

Futbol tarixində yeni rekord qeydə alınıb

FİFA yay transfer pəncərəsi dövründə klubların həyata keçirdiyi transferlərlə bağlı statistikanı açıqlayıb

FİFA yay transfer pəncərəsinin yekunu barədə hesabat dərc edib. Trend-in məlumatına görə, 1 iyul - 1 sentyabr tarixində qüvvədə olan transfer dövründə ümumilikdə 8401 transfer həyata keçirilib. Bu transferlərə ümumilikdə ödənilən 5,44 milyard dollar futbol tarixində yeni rekord olub. Məlumata görə, müqavilələrin 59,1 faizi azad agent statusundakı, 15,7 faizi başqa kluba məxsus, 13,8 faizi icarəyə götürülən və 11,4 faizi isə icarədən qayıdan futbolçularla imzalanıb.