Bir maşının vurduğu piyadanı digəri 40 metr özü ilə sürüyüb Azərbaycanda


Digərləri 12 Sen 2018 23:20:00 232 0

Bir maşının vurduğu piyadanı digəri 40 metr özü ilə sürüyüb  Azərbaycanda

Yevlaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "report"-a istinadən bildirir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən piyada "VAZ-21099" markalı avtomobil tərəfindən vurulub. Huşsuz vəziyyətdə yolun ortasında qalan piyadanı daha sonra "Mercedes" markalı avtomobil vurub və onu təxminən 40 metr özü ilə sürüyüb. Hələ ki kimliyi məlum olmayan piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.