Müalicəyə çətin tabe olan xəstəlik


Digərləri 12 Sen 2018 23:05:00 276 0

Müalicəyə çətin tabe olan xəstəlik

Elm və texnikanın sürətlə inkişafı, insanların tənbəlləşməsi, kompüter qarşısında saatlarla hərəkətsiz zaman keçirməsi bir sıra xəstəliklərin, xüsusən də boyun osteoxondrozunun artmasına səbəb olur.

Son.az bildirir ki, həkim-fitoterapevt Fizuli Hüseynov boyun osteoxondrozu barədə AZƏRTAC-a müsahibəsində deyib: "Baş-beyin orqanizmi idarə edən orqan olduğuna görə osteoxondroz nəticəsində onun qan dövranının zəifləməsi bütün bədənin işini pozur. Osteoxondroz nə qədər ağırlaşırsa, beyin qan dövranının pozulması əlamətləri-başgicəllənmə, ağrı, keyimə kimi hallar da o qədər çoxalır. Bəzən başgicəllənmə o dərəcəyə çatır ki, xəstə yolu düz gedə bilmir, başağrısı gün boyu davam edir. Boyun osteoxondrozunun daha da ağırlaşması nəticəsində bütün bədəndə, əsasən də ayaq və qollarda hissiyyatsızlıq və keyimə halları meydana çıxır".

Həkim bildirib ki, boyun osteoxondrozu ağır xəstəlikdir və müalicəyə çətin tabe olur. Dərman preparatları və bitkilərlə aparılan müxtəlif müalicələr yalnız müvəqqəti nəticə verir. Xəstəlik zamanı fəqərə arasındakı qığırdaqlar tamamilə dağılır, fəqərələrin sümük səthləri bir-birinə toxunaraq zədələnir və bütün fəsadlar da bundan sonra başlayır.