Çənbər bağırsaq xərçənginin metastaz verməsinə qarşı vasitə yaradılıb


Digərləri 12 Sen 2018 22:56:00 269 0

Çənbər bağırsaq xərçənginin metastaz verməsinə qarşı vasitə yaradılıb

Barselonanın Sant Pau klinikasında çənbər bağırsaq xərçəngi zamanı metastazın qarşısını ala biləcək klinik sınaqlar keçiriləcək. Bununla da klinikanın dünyada bu qəbildən təcrübələrin aparıldığı ilk tibb müəssisəsi adını almaq şansı var.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Sant Pau Elmi-Tədqiqat Biotibbi İnstitutunun, eyniadlı klinikanın, Barselona Muxtar Universitetinin və Elmi Tədqiqatlar Ali Şurasının alimləri adıçəkilən onkoloji xəstəlikdən ölüm hallarını əhəmiyyətli dərəcədə azaltmağa kömək edə biləcək bu kəşfin həmmüəllifləridir.