Avtomobil üzüm piştaxtasına çırpılıb, sürücü komaya düşüb


Digərləri 12 Sen 2018 22:05:00 273 0

Avtomobil üzüm piştaxtasına çırpılıb, sürücü komaya düşüb

Cəlilabad rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az "report"-a istinadən bildirir ki, hadisə Ələt-Astara magistral avtomobil yolunun rayonun Alar kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında qurulmuş üzüm piştaxtasına çırpılıb. Hadisə nəticəsində orada olan rayonun 2009-cu il təvəllüdlü Alar kənd sakini Əsgərov Taleh Sərvər oğlu ağır xəsarət alıb. Yaralı sürücü tərəfindən əvvəlcə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına (RMX), ardınca isə Biləsuvar RMX-yə aparılıb. O, bel sümüklərinin sınığı və baş nahiyəsindən aldığı ağır xəsarətlərlə koma vəziyyətində xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.