Yol polisi piyadalara qarşı reyd keçirdi VİDEO


Digərləri 12 Sen 2018 21:54:00 238 0

Yol polisi piyadalara qarşı reyd keçirdi  VİDEO

Sürətlə hərəkət edən avtomobillərin arasından yolu keçməyə cəhd edir. Son.az bildirir ki, görüntülər paytaxtın Yasamal rayonunda metronun "20 yanvar" stansiyasının yaxınlığında piyadalara qarşı keçirilən reyddəndir.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, ərazidə yeraltı keçid olsa da, piyadalar yoldan keçməyə üstünlük verirlər.

Bu qadın isə uşaq arabası ilə yolu keçməyə cəhd edir. Yol polisi dəfələrlə ona yolun hərəkət hissəsinə girməməsini desə də, qadın buna məhəl qoymur. Bir neçə polisin müdaxiləsi ilə qadın geri qaytarıldı. Qaydaları pozaraq yoldan keçən piyadaların çoxu isə rayondan gəldiklərini bəhanə gətirərək məsuliyyətdən yayınmaq istədilər.

Qeyd edək ki, günün birinci yarısına qədər sözügedən ərazidə təxminən 50 piyada barəsindəİnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinin tələbinə uyğun protokol tərtib edilərək, 20 manat cərimə olundular. Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, polis əməkdaşları paytaxtın müxtəlif ərazilərində gün boyu bu cür reydlər keçirilər.