Qurd çıxan su filtrləri yerində yoxlanıldı VİDEO


Digərləri 12 Sen 2018 21:45:00 240 0

Qurd çıxan su filtrləri yerində yoxlanıldı  VİDEO

Su filtirindən qurd çıxan kəndə Azərsu tərəfindən səyyar laboratoriya göndərilib. Son.az bildirir ki, ötən gün Kürdəmirdə su sygacının filtirindən qurdların çıxması ilə bağlı xəbər yayımlanandan sonra Azərsu ASC-nin səyyar laboratoriyası və bir qrup mütəxəssisi rayonun Atakişili kəndinə ezam olunub. Laboratoriya əməkdaşları həmin ünvanda və daha 3 mənzildə sayğaclara və filtirlərə baxış keciriblər. Azərsu ASC-nin sözcüsü Anar Cəbrayıllı bildirib ki, su filtirlərində qurdların olması mümkün deyil.

Ev sahibi Pərvanə Mehdiyeva isə bildirib ki, həmin gün suyu açanda şlanqdan istifadə olunub. Ehtimal edilir ki,həmin qurdlar şlanqın içində də ola bilər.

Səyyar laboratoriya vasitəsi ilə su xəttindən götürülən nümunələr yerindəcə analız olunub.İlkin nəticəyə görə suyun normalar daxilində olduğu müəyyənləşib. Daha dəqiq nəticələr Bakıdakı laboratoriyada aparılacaq analizlərdən sonra bilinəcək.