“Facebook”da 1,3 milyard saxta hesab silinib


Digərləri 12 Sen 2018 20:32:00 304 0

“Facebook”da 1,3 milyard saxta hesab silinib

"Facebook" sosial şəbəkəsi 2017-ci ilin oktyabr ayından 2018-ci ilin mart ayına qədər 1,27 milyard saxta hesabı silib.

Son.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda şirkətin əməliyyat direktoru Şeril Sandberq deyib.

Onun sözlərinə görə, istifadəçi hesablarının moderasiyası həm əl, həm də süni intellekt, kompüter təlimi və xüsusi alqoritmlərdən istifadə nəticəsində həyata keçirilir.

"Facebook"un sosial şəbəkədə qaydalara nəzarət edən heyəti 2 dəfə artaraq 20 min nəfərə yaxınlaşıb. Onlar 24 saat ərzində 50-dən çox dildə mesajlara nəzarət edirlər.