Bakıda "Azərişıq" ASC-nin əməkdaşını cərəyan vurub öldürdü


Digərləri 12 Sen 2018 19:58:01 288 0

Bakıda "Azərişıq" ASC-nin əməkdaşını cərəyan vurub öldürdü

Bakıda "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin işçisi elektrik cərəyanı vurması nəticəsində ölüb.

Bakı. Samir Əli - Bakıda "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin işçisi elektrik cərəyanı vurması nəticəsində ölüb. Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib. "Azərişıq" ASC-nin Nərimanov rayon Enerji Təchizatı və Satışı İdarəsində 4-cü dərəcəli usta işləyən, 1987-ci il təvəllüdlü Əliyev Ziyəddin Əhəd oğlu Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 21 ünvanında yerləşən 220 saylı yarımstansiyanın qapalı paylayıcı bölməsinin elektrik yuvasında təmir və təmizlik işləri apararkən ehtiyatsızlıqdan açıq elektrik naqilinə toxunub.