Şəmkirdə 36 yaşlı kişini qatar vuraraq öldürüb


Digərləri 12 Sen 2018 19:00:00 294 0

Şəmkirdə 36 yaşlı kişini qatar vuraraq öldürüb

Şəmkir rayonunda 36 yaşlı kişini qatar vuraraq öldürüb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Gürcüstan dəmiryol xəttinin rayonun Keçili kəndi ərazisindən keçən hissəsində baş verib. 

Toy şənliyindən çıxaraq dəmir yolu xətti ilə piyada hərəkət edən rayonun Çaparlı kənd sakini, 1982-ci il təvəllüdlü Qalib Xudaverdi oğlu Balayev qatarın fitini gec eşitdiyinə görə lokomotiv onu vuraraq kənara atıb. Ağır bədən xəsarəti alan Q.Balayev hadisə yerində ölüb.