Nazir olimpiada qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbulundan danışdı


Digərləri 12 Sen 2018 18:50:00 315 0

Nazir olimpiada qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbulundan danışdı

Beynəlxalq olimpiada və respublika fənn olimpiada qaliblərinin ali məktəblərə müsabiqədən qəbulu növbəti qəbul kampaniyasında həyata keçiriləcək.

Bakı. İlhamə İsabalayeva - Beynəlxalq olimpiada və respublika fənn olimpiada qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbulu növbəti qəbul kampaniyasında həyata keçiriləcək. Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov deyib. Nazir qeyd edib ki, "Təhsil haqqında" qanuna edilən son dəyişikliklərə əsasən, beynəlxalq olimpiada və respublika fənn olimpiada qalibləri ali məktəblərə müsabiqədənkənar qəbul olunacaqlar.