Sentyabrın 8də keçirilmiş əlavə buraxılış imtahanının nəticələri açıqlandı


Digərləri 12 Sen 2018 17:12:00 342 0

Sentyabrın 8də keçirilmiş əlavə buraxılış imtahanının nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) 2018-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməyən şagirdlər üçün sentyabrın 8-də keçirilən əlavə imtahanların nəticələrini elan edib.

DİM-in mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, imtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla tanış ola bilərlər. Şagirdlər iş nömrələrini mobil operatorlar vasitəsilə 7727 nömrəsinə göndərməklə də nəticələrini öyrənə bilərlər.