Milli Aviasiya Akademiyasında aeronaviqasiya kafedrası fəaliyyətə başlayıb FOTO


Digərləri 12 Sen 2018 15:37:00 339 0

Milli Aviasiya Akademiyasında aeronaviqasiya kafedrası fəaliyyətə başlayıb  FOTO

Milli Aviasiya Akademiyasında tədris ili ərəfəsində tam yenidənqurmadan sonra "Aeronaviqasiya" kafedrasının korpusu fəaliyyətə başlayıb.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, sentyabrın 12-də AZAL Prezidenti Cahangir Əsgərov, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, professor-müəllim heyəti kafedrada yaradılmış şərait ilə tanış olublar.

"Azərbaycan Hava Yolları" QSC-nin və onun struktur bölməsi olan "Azəraeronaviqasiya" HHİ-nin dəstəyi ilə kafedra müasir tələblərə uyğun tam müasirləşdirilib.

Kafedrada tədris prosesi üçün zəruri olan yeni interfeyslər və texnologiyalar tətbiq olunub. Kafedranın tədris proqramı beynəlxalq standartlara uyğunlaşdırılmışdır və ICAO Doc.10056 ("HHİ-nin dispetçerləri qismində təlim və qiymətləndirmə") rəhbər prinsiplərinin tələblərini, Avropa uçuşların təhlükəsizliyi standartları (EASA), həmçinin mülki aviasiya mütəxəssislərinin hazırlığı və təlimi təşkilatlarına (ATO) dair Avropa komissiyasının №2015/340 reqlamentinin beynəlxalq standartlarını əks etdirir.

Eyni zamanda, Almaniya "DFS-Academy" Aeronaviqasiya Akademiyasının "DFS e-learning" auditoriyası istismara verilib. "DFS-Academy" tərəfindən həyata keçirilən məsafədən daxil olmaqla tədris proqramı 12 fənnə əsaslanır. Tədris bilavasitə "DFS-Academy"-nin məlumat bazası vasitəsilə onlayn rejimdə həyata keçirilir.


Xəbərə aid fotolar