Fransanın titullu cüdoçusu: Bakıda yenidən dünya çempionu olmağa çalışacağam (FOTO)


Digərləri 12 Sen 2018 15:33:45 235 0

Fransanın titullu cüdoçusu: Bakıda yenidən dünya çempionu olmağa çalışacağam (FOTO)

Dünya çempionatına hazırlıq uzun müddətdir başlayıb.

Bakı. Dünya çempionatına hazırlıq uzun müddətdir başlayıb. Yarış ilk dəfə olaraq sentyabrın sonlarına təsadüf edəcək. Ona görə də çox həyəcanlıyam. Trend-in məlumatına görə, bunu Fransanın qadın cüdoçulardan ibarət milli komandasının üzvü Klariss Aqbenyenu Bakıda keçiriləcək dünya çempionatına hazırlıq barədə danışarkən deyib. 63 kq çəki dərəcəsində çıxış edən titullu idmançı bildirib ki, yarışda əsas rəqibləri 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının finalında uduzduğu sloveniyalı Tina Trstenyak və yaponiyalı Miku Tasiro olacaq: “Bütün rəqiblərimə hörmətlə yanaşıram. Amma Trstenyak və Tasiro ən güclüləridir. Yenidən dünya çempionu olmağa çalışacağam”. Toqo əsilli Aqbenyenu Azərbaycan cüdoçuları haqqında da fikirlərini bölüşüb: