“Bakıda seks xidməti göstərən qadınlara qoruyucu paylamışıq” “8 min ərəbin yoluxması” İDDİASI...


Digərləri 12 Sen 2018 14:43:00 524 0

“Bakıda seks xidməti göstərən qadınlara qoruyucu paylamışıq”  “8 min ərəbin yoluxması” İDDİASI...

İraqlı bloger Ali Əthabın Azərbaycana gələn ərəb mənşəli turistlərin həyat tərzi haqqında hazırladığı reportaj böyük rezonansa səbəb olub.

Bloger reportajda Azərbaycanda ərəblərin gecə həyatı yaşadığını və yüngül həyat tərzi sürən qadınlarla münasibətdə olduqlarını müşahidə edib.

Ali Əthab iddia edir ki, ərəblər Bakıda gecə klublarında tanış olduqları qadınlarla cinsi əlaqədən sonra QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) xəstəliyinə tutulur. Blogerin iddiasına görə, Bakıda 8 min ərəb bu dəhşətli xəstəliyə yoluxub.

Reportajda ərəblərin gecə klubunda əylənməsi, fahişələrlə qiymət bazarlığı və oteldən görüntüləri də əks olunub.

Son.az xəbər verir ki, məsələ ilə bağlı Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova modern.az-a açıqlamasında səsləndirilən rəqəmin absurd olduğunu bildirib.

"Necə oldu ki, 8 min ərəb QİÇS-ə yoluxdu?!"

"Təmiz Dünya" Qadınlara Dəstək İctimai Birliyinin sədri Mehriban Zeynalova modern.az-a deyib ki, rəhbəri olduğu qurum seks xidməti göstərən qadınlar arasında zərərin azaldılması proqramını həyata keçirir:

"Onların arasında kifayət qədər təbliğat aparılır, qoruyucular paylanır. Eyni zamanda, bu cür qadınlar vaxtaşırı İİV müayinəsindən keçirilir. Bilirsiniz, iraqlı blogerin səsləndirdiyi rəqəmlər absurddur. Elə bil kimsə oturub ağlına gələn rəqəmi ora yazıb. İkincisi də Avropa ölkələrinin hamısında bu cür xidmət göstərən qadınlar var. Hansı bir ölkədə yoxdur ki? Avropanın mərkəzi şəhərlərində seks xidməti göstərənlər hətta maşınlarının üzərinə nömrələrini qoyurlar. Bu, bütün dünyada olan problemdir. Amma Azərbaycanda İİV-ə yoluxanların sayının şişirdildiyini əminliklə deyə bilərəm. Əgər Azərbaycanda bu qədər xəstəlik baş alıb gedirsə, niyə ərəblər qoruyucudan istifadə etmirlər? Hər il ölkə üzrə epidemoloji nəzarət keçirilir. Bu vaxt hədəf qurupları - narkotik istifadəçiləri, seks xidməti göstərən qadınların hamısı müəyyən olunur. Heç ümumilikdə o qədər xəstə aşkarlanmır. Necə oldu ki, birdən-birə 8 min ərəb SPİD-ə yoluxdu".

"Pintiliklərindən yazmağımız ərəbləri qıcıqlandırıb"