Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib


Digərləri 12 Sen 2018 14:33:38 132 0

Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib

Komitə sədri Rəfael Hüseynov hesabatla çıxış edib

Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin iclası keçirilib.

“Report”un xəbərinə görə, iclasın gündəliyinə “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Mədəniyyət haqqında” və “Milli Arxiv fondu haqqında” qanununa dəyişiklik layihələri daxil edilib. Bildirilib ki, bu dəyişikliklər texniki xarakterlidir.

Komitə sədri Rəfael Hüseynov hesabatla çıxış edib, Milli Məclisin yaz sessiyasında görülən işlər barədə məlumat verib.