Bakıda keçmiş məhkum tanışını döyərək qətlə yetirdi


Digərləri 12 Sen 2018 14:15:00 278 0

Bakıda keçmiş məhkum tanışını döyərək qətlə yetirdi

Bakıda keçmiş məhkum tanışını taxta parçası ilə döyərək öldürüb. 

Son.az DİN-ə istinadən xəbər verir ki, hadisə sentyabrın 11-də Sabunçu rayonu ərazisində qeydə alınıb. 

Belə ki, həmin rayonda yaşayan, əvvəllər məhkum olunmuş Bahadur Cəfərov evində münaqişə zəminində Bakı şəhər sakini olan tanışı Rəfayel Rzayevi taxta parçası ilə döyərək qətlə yetirib.