Polis yolu necə düzgün keçməyi öyrədir FOTO


Digərləri 12 Sen 2018 13:21:00 315 0

Polis yolu necə düzgün keçməyi öyrədir   FOTO

Şəki Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ)  Dövlət Yol Polisi bölməsi (DYPB)  hərəkətin intensiv olduğu ərazilərdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktiki tədbir keçirib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Son.az-a verilən məlumata görə, ŞRPŞ-nin Post Patrul Xidməti tağımından yol polisinə ezam olunmuş polis  əməkdaşları tərəfindən keçirilmiş xəbərdaredici tədbir zamanı piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə bərabər, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılıb, polis əməkdaşları tərəfindən onlarla maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi, nişanlar barədə ətraflı məlumat verilib,  piyadalar üçün nəzərdə tutulmuş yerlərdən keçmələri tövsiyyə olunub. Gələcəkdə təkrar həmin qaydalara əməl etməzlərsə, barələrində inzibati tənbeh tədbirlərinin nəzərdə tutulduğu onların diqqətinə çatdırılıb.


Xəbərə aid fotolar