Bakıda intim fotolarla şantaj edilən qadın: "Onun corabına qədər mən almışam"


Digərləri 12 Sen 2018 12:44:00 344 0

Bakıda intim fotolarla şantaj edilən qadın: "Onun corabına qədər mən almışam"

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Elvin İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə E.İsmayılov özünü təqsirli bilməyib.

O deyib ki, zərərçəkmiş şəxsi şəkilləri ilə heç vaxt şantaj etməyib, yalnız onunla aralarında pul söhbəti olub: 

"Onun mənə müəyyən qədər borcu olub. Mən yalnız onu tələb etmişəm, hədə-qorxu gəlməmişəm. Sosial şəbəkədəki yazışmalarımızı da araşdıra bilərsiniz". 

Zərərçəkmiş qadın isə E. İsmayılova dəfələlə pul verdiyini vurğulayıb:

"Bu adamın ayaqqabısından corabına qədər mən almışam. İki ay kirayə pulunu vermişəm, problemi çıxanda həll etmişəm. Hər həftə yeməyinə 100 manat pul ödəmişəm".