Arvadının başını kəsib polisə apardı VİDEO FOTO


Dünya 12 Sen 2018 12:17:00 547 0

Arvadının başını kəsib polisə apardı  VİDEO  FOTO

Bu qadın mənə xəyanət etmişdi. Xəyanətə dözmədim. Özümlə bacara bilmədim, Rupanı cəzalandırdım.

Sağ əlində arvadının kəsik başını tutmuş ər polis idarəsində belə deyib. 35 yaşlı kişi qan damlayan kəsik başla polis idarəsində içəri daxil olanda çox sakit təsir bağışlayırdı. Onun sol əlində dəhrə vardı.

Son.az İndia Times-a istinadən bildirir ki, 35 yaşlı Satiş Kumar həbs olunub.

Olay Hindistanın cənub-qərbindəki Karnataka ştatının Çikmaqalur bölgəsində, Accampur şəhərində yaşanıb.

Satiş Kumarın dediyinə görə, 22 yaşlı arvadı Rupa ona xəyanət edib. Evə qayıdanda arvadını məşuqu ilə görən Satiş dözə bilməyib. O, dəhrə ilə arvadını və məşuqu öldürmək istəyib.

Sunil adlı məşuq qaçıb canını qurtara bilib. Rupa isə qətlə yetirilib. Satiş Kumar arvadının başını kəsib.


Xəbərə aid fotolar