Bakıda bal yarmarkasının keçiriləcəyi məkan dəyişdirildi


Digərləri 12 Sen 2018 11:05:00 235 0

Bakıda bal yarmarkasının keçiriləcəyi məkan dəyişdirildi

Kənd Təsərrüfatı Nazirliyi 2018-ci ilin 5-28 oktyabr tarixlərində Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkasını keçirəcək.

Son.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, sərgi-satış yarmarkasının açılışı oktyabrın 5-i saat 12.00-da olacaq.

Qeyd edək ki, bundan əvvəl yarmarkanın Bakının Xətai rayonunda, Nobel prospekti, 23 ünvanında ("A.M.A.Y Holdinq" MMC-nin ticarət mərkəzində) keçirilməsi planlaşdırılırdı.

Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını şəxsiyyət vəsiqəsini təqdim etməklə sentyabrın 15-dən 30-dək yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər.