"Məktəbdaxili qiymətləndirmə sahəsində xeyli işlər görülməlidir"


Digərləri 12 Sen 2018 11:10:00 229 0

"Məktəbdaxili qiymətləndirmə sahəsində xeyli işlər görülməlidir"

Məktəbdaxili qiymətləndirmənin üsul və vasitələrinin islahatların tendensiyasına uyğun qurulması istiqamətində xeyli işlər görülməlidir.

Son.az report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, qiymətləndirməyə ciddi elmi-metodiki prinsiplərə əsaslanan, özünəməxsus standartları, formaları, üsulları, vasitələri və bunların reallaşdırılmasına aid prosedurları olan bir sistem kimi yanaşmaq lazımdır: "Nəzərə alınmalıdır ki, qiymətləndirmə standartı təhsilalanların bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. Odur ki, yeni təhsil proqramları (kurikulum) əsasında məktəb dərsliklərini və metodiki vəsaitləri hazırlayan mütəxəssislər bu kimi məsələlərin həlli üzərində çox ciddi işləməlidirlər".