"Run Group"dan daha bir möhtəşəm layihə FOTO VİDEO


Digərləri 12 Sen 2018 10:55:00 319 0

"Run Group"dan daha bir möhtəşəm layihə  FOTO  VİDEO

Azərbaycana xarici ölkələrdən investisiyaların cəlb edilməsi vasitəsilə iqtisadiyyatımıza töhfə verməyə çalışan "Run Group" şirkətinin həyata keçirdiyi layihələrin sırasına biri də əlavə olunur. Şirkətin növbəti layihəsi Göygöldə nişasta zavodunun inşası ilə bağlıdır.

İlkin hesablamalara görə, Göygöl Nişasta Zavodunun inşası üçün 120 milyon avro investisiya tələb olunur. Bu məqsədlə "Run Group" Çin Milli İdxal-İxrac Korporasıyası (CNTIC) və Böyük Britaniyanın "Athene Capital" Fondu ilə əməkdaşlığa başlayıb. Belə ki, Çinin ən böyük şirkətlərindən biri olan CNTIC zavodun inşası üçün lazım olan maliyyənin 85 faizini, o cümlədən ABŞ və İsveç istehsalı olan texnika və avadanlıqları təqdim edəcək. CNTIC hətta işi ilə böyük nüfuz və etimad qazanmış "Run Group"a xüsusi kredit xətti də açıb. "Athene Capital" Fondu isə zavoda 15 faizlik investisiya payı ilə yatırım edəcək. Zavodun inşasına ümumilikdə 600 nəfərədək işçi qüvvəsi cəlb olunacaq. Qeyd edək ki, layihə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən də dəstəklənir.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar