Abşeron yarımadası və ətraf ərazilərdə 1000 MVt-lıq yeni stansiyalar tikiləcək


Digərləri 12 Sen 2018 10:26:00 183 0

Abşeron yarımadası və ətraf ərazilərdə 1000 MVt-lıq yeni stansiyalar tikiləcək

Energetika Nazirliyində “Azərbaycan Respublikasında elektrik enerjisinin istehsalı və istehlakı: retrospektiv baxış, təhlillər, proqnozlar, təkliflər” mövzusunda hazırlanmış hesabatın təqdimatı keçirilib.

Bakı. Energetika Nazirliyində “Azərbaycan Respublikasında elektrik enerjisinin istehsalı və istehlakı: retrospektiv baxış, təhlillər, proqnozlar, təkliflər” mövzusunda hazırlanmış hesabatın təqdimatı keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, məqsəd ölkədə 2030-cu ilədək elektrik enerjisinə tələbatın müəyyənləşdirilməsi və müvafiq tədbirlərin görülməsidir. Hesabata elektrik enerjisinə ölkədaxili tələbatın proqnozlaşdırılması üçün beynəlxalq qurumların, eləcə də yerli mütəxəssislərin qiymətləndirmələri daxil edilib, eləcə də respublikada mövcud istilik, su və modul tipli elektrik stansiyalarının elektrik enerjisinin istehsalında payı, texniki vəziyyəti, səmərəlilik səviyyəsi, əlavə güc həddi, o cümlədən alternativ və bərpa olunan enerji mənbələrindən istifadə və potensial imkanlar təhlil olunub. Tədbirdə elektrik stansiyalarında modernləşdirmə tədbirlərinin aparılması, istismar müddəti başa çatmış stansiyaların isə 2030-cu ilədək fəaliyyətinin dayandırılması, yeni generasiya güclərinin yaradılması, elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının artırılmasının vacibliyi diqqətə çatdırılıb, bu istiqamətdə ilkin prioritetlər nəzərdən keçirilib.