Ötən il qadınlar tərəfindən daha çox törədilən cinayətlər


Digərləri 12 Sen 2018 10:16:00 291 0

Ötən il qadınlar tərəfindən daha çox törədilən cinayətlər

2017-ci ildə cinayət törətmiş şəxslərin sayı 16 750 nəfər olub ki, onların da 963 nəfəri və ya 5,7 faizini qadınlar təşkil edib.

Bakı. İlhamə İsabalayeva - 2017-ci ildə cinayət törətmiş şəxslərin sayı 16 750 nəfər olub ki, onların da 963 nəfəri və ya 5,7 faizini qadınlar təşkil edib. Trend-in məlumatına görə, ötən il qadınlar tərəfindən qəsdən sağlamlığa yüngül zərərvurma cinayətləri daha çox törədilib. Keçən il qadınlar tərəfindən törədilən cinayətlərin 22,8 faizi qəsdən sağlamlığa yüngül zərərvurma, 12,1 faizi oğurluqla bağlı olub.