Hər 9 nəfərdən biri acdır FOTO


Dünya 12 Sen 2018 09:43:00 249 0

Hər 9 nəfərdən biri acdır  FOTO

BMT ekspertləri bu il dünyada ərzaq təhlükəsizliyi və qidalanma ilə bağlı situasiyanı təhlil ediblər.

Son.az bildirir ki, nəticələr dünən yayılmış xüsusi hesabatda əks olunub.

Hazırda dünyada aclıq çəkən və ya sürəkli yarıac olanların sayı 821 milyona çatıb.

Bu isə o deməkdir ki, dünyada faktiki olaraq hər 9 nəfərdən biri acdır.

Aclıq və yarıaclıqla bağlı situasiya Cənubi Amerika ilə Afrikanın əksər bölgələrində daha da pisləşib. Asiyada aclıq çəkən və yarıac olanların sayının azalma templərində durğunluq yaşanır.


Xəbərə aid fotolar