"Google" BƏƏdə vakansiya axtaranlar üçün yeni xidmət istifadəyə verir


Digərləri 12 Sen 2018 05:30:00 304 0

"Google" BƏƏdə vakansiya axtaranlar üçün yeni xidmət istifadəyə verir

"Google" axtarış sisteminin yeni xidməti sayəsində Birləşmiş Ərəb Əmirliklərində və Yaxın Şərqin digər ölkələrində iş axtarmaq asanlaşacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yeni xidmət istifadəyə veriləndən sonra işaxtaranlar sistemin işinin optimallaşdırılması nəticəsində vakansiyaya dair əlavə məlumatı, o cümlədən işəgötürənin təklif etdiyi əməkhaqqı, digər istifadəçilərin şirkət haqqında rəyləri və s. daha tez əldə edəcəklər.

Bununla yanaşı, istifadəçilər öz müraciətlərinə və maraqlarına müvafiq olaraq, yaranan vakansiyalar barədə xəbərləri əldə edə biləcəklər. Bu, arzulanan işin axtarılmasını əhəmiyyətli dərəcədə asanlaşdıracaq. Sistem hər ay "Google" saytında vakansiya axtarışı ilə bağlı 4 milyona yaxın müraciət qeydə alır.